İqtisadiyyat
Azərbaycanda şərab istehsalı kəskin artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda araq istehsalı illik müqayisədə 41,9% azalaraq 542,8 min dekalitr təşkil edib.
“APA-Economics”ə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk dörd ayında ölkədə 141,2 min dekalitr üzüm şərabı istehsal edilib ki, bu da ötən ilin müvafiq aylarına nisbətdə 75,8% çoxdur.
İçki məmulatlarının istehsalı sahələrində əsas məhsul növlərinin yanvar-apreldə istehsalı:
İçki məhsulları
İstehsal edilib
İllik müqayisə, %
Araq, min dkl
542,8
-41,9
Brendi (konyak), min dkl
5,8
-46,8
Üzüm şərabı, min dkl
141,2
75,8
Pivə, min dkl
1 420,9
21,9
Alkoqolsuz içkilər, min dkl
7 449,8
22