Azərbaycanda qızıl hasilatı apreldə cüzi azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 127,2 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,1% azdır.
“APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Təkcə aprel ayında isə 297,7 kq qızıl istehsal olunub ki, bu da mart ayı ilə müqayisədə 0,3% azdır.
Hesabat dövründə ölkədə 1 628,4 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,4% çoxdur. Təkcə aprel ayında isə 420,2 kq gümüş hasil olunub ki, bu da mart ayı ilə müqayisədə 4,6% artıb.
Məhsul növləri
Yanvar-apreldə istehsal
İllik müqayisə, %
Mis filizləri və konsentratları, ton
869,3
17,4
Qiymətli metal filizləri və konsentratları, kq
2 755,6
5,5
o cümlədən:
qızıl
1 127,2
-5,1
gümüş
1 628,4
14,4