İqtisadiyyat

Azərbaycanda qida məhsullarının izlənilməsi üzrə informasiya sistemi yaradılacaq

Azərbaycanda qida məhsullarının izlənməsini təmin edəcək informasiya sisteminin yaradılması nəzərdə tutulur.
“APA-Economics” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Rosselxoznadzor” arasında keçirilən görüşdə bildirilib.
Qeyd olunub ki, yaxın gələcəkdə ölkədə bu cür texnoloji həllərin tətbiqini tənzimləyən qanunvericilik normalarının qəbul ediləcəyi gözlənilir.
Tərəflər arasında keçirilən görüşün əsas məqsədi Azərbaycandan Rusiya bazarına Polşa və Litva məhsulları adı altında iki şirkət tərəfindən həyata keçirilən pendir tədarükü ilə əlaqədar idi. “Rosselxoznadzor” AQTA-dan bu şirkətlərin fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edib. AQTA lazımi tədbirlərin görüləcəyini bildirərək, hər iki şirkəti yoxlamaq üçün rusiyalı mütəxəssisləri ölkəyə dəvət edib.
Rusiya tərəfi məhsulların izlənməsinə imkan verən məlumat sistemlərinin mövcudluğunun qanunsuz ticarətin və saxtalaşdırılmasının qarşısını almağa, həmçinin ölkələr arasında tədarükün şəffaflığının təmin edilməsinə köməklik edəcəyini vurğulayıb. Rusiyada istifadə olunan bu sistemlərin Azərbaycanda mövcud olan eyni sistemlərlə inteqrasiya oluna biləcəyi bildirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button