İqtisadiyyat

Azərbaycanda qida məhsullarının istehsalı artıb

Azərbaycanda emal sənayesində 2022-ci il in yanvar-fevral aylarında 2 milyard 936,5 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dğvlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 14,1 faiz artım, tütün məmulatlarının istehsalında 10,3 faiz, içki istehsalında isə 15,6 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 55,7 faiz, marqarin istehsalı 24,4 faiz, kərə yağının istehsalı 5,6 faiz artıb, duru bitki yağlarının istehsalı isə 1,5 faiz azalıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button