İqtisadiyyat

Azərbaycanda problemli kreditlərin həcmi ilin əvvəlindən 2,4% artıb

Bu ilin iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 914,6 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 0,9% artıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 14,7% azalıb. İlin əvvəli ilə müqayisədə isə 2,4% artıb.
Qeyd edək ki, iyulun 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6% təşkil edib. Bu ötən ayla müqayisədə 0,02 faiz bəndi azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button