İqtisadiyyat

Azərbaycanda “Premium” və “Super” markalı benzinin qiymətlərinə dəyişiklik ediləcək

Sabahdan (15 sentyabr tarixində) Azərbaycanda “Aİ-95” (“Premium”) və “Aİ-98” (“Super”) markalı benzinin qiymətlərinə dəyişiklik ediləcək.
“APA-Economics”in məlumatına görə, “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1,6 manat, “Aİ-98” markalı benzinin qiyməti isə 1,9 manat civarında formalaşa bilər.
Lakin bu rəqəmlərin dəqiq olmadığı, qiymətlərin qeyd olunanlardan fərqlənə biləcəyinə dair məlumatlar var. Hələlik məsələ ilə bağlı aidiyyəti qurumlar hər hansı açıqlama verməyib. Qiymət dəyişikliyinə dair rəsmi məlumatın sabah yayılacağı gözlənilir.
Hazırda “Premium”un 1 litrinin qiyməti 1,45 manat, “Super” markalı benzinin qiyməti isə 1,6 manatdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button