Cəmiyyət

Azərbaycanda pravoslav xristianları Milad bayramını qeyd edirlər

Bu gün pravoslav xristianları İsa Peyğəmbərin mövludunu – Milad bayramını qeyd edirlər.

Azərbaycanın bütün pravoslav məbədlərində bayram ibadəti keçirilib.

İnanclı şəxslər üçün xüsusi əhəmiyyət kəsb edən bu gün insanların bir-birinə hörmətini və müdrikliyini, bütün fikir ayrılıqlarını unutmaq və sevinmək vaxtını təcəssüm etdirir.

Bayramdan öncə pravoslavlar 40 günlük Milad pəhrizi tuturlar. Bu pəhriz dövründə insanlar yumurta, ət və süd məhsullarından, spirtli içkilərdən imtina edir, yalnız bəzən balıq yeyirlər. Pəhriz noyabrın 28-i başlayır və yanvarın 7-dək davam edir. Pəhrizin başa çatması tarixindən əvvəlki gün həvari Filippin anım günü olduğundan həmin gün Filipp Günü də adlanır. Milad masası arxasına Vifleyem ulduzu göründükdən sonra oturmaq lazımdır. Müqəddəs Axşam dua və Milad şamlarının yandırılması ilə başlanır.

“Report” Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində hazırlanmış fotoreportajı təqdim edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button