İqtisadiyyat

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,8% artıb

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 350,1 mln. manatlıq, o cümlədən 16 406,3 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 943,8 mln. manatlıq qeyri-ərzaq malları satılıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4%, qeyri-ərzaq malları üzrə 3,3% artıb
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 %i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 15,%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0%-i avtomobil benzini və dizel yanacağının, 5,5%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27,4%-i ticarət müəssisələri, 49,1%-i fərdi sahibkarlar tərəfindən, 23,5%-i isə bazar və yarmarkalarda satlıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,5% artıb, fərdi sahibkarlar üzrə 2,7%, bazar və yarmarkalarda 3,9% azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 336,8 manatlıq, o cümlədən 182,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,7 manatlıq qeyri-ərzaq malları alıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button