İqtisadiyyat

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,7% artıb

Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 460,0 milyon manatlıq, o cümlədən 14 346,9 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 113,1 mln. manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4%, qeyri-ərzaq malları üzrə 3,1% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button