İqtisadiyyat

Azərbaycanda özəl sektorun kreditləşməsi 6% artıb

2021-ci ilin birinci yarısında Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 5,9% artaraq iyulun 1-nə 13,480 mlrd. manat təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, iqtisadiyyata cəmi kredit qoyuluşlarının 94%-ni təşkil edir. Özəl sektorun kreditləşməsinin payı ilin əvvəlindən 0,6 faiz bəndi artıb. Özəl sektora verilən kreditlərin 54,3%-i ev təsərrüfatlarının payına düşüb.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, bu il Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 5%, gələn il isə 9,1% artacaq.
Xatırladaq ki, 2020-ci ildə ölkədə özəl sektora qoyulan kreditlər həcmi 3% azalmışdı.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button