Azərbaycanda ötən il inflyasiya 6,7% təşkil edib

2021-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 106,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1%, qeyri-ərzaq məhsulları üzrə 105,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6%, əvvəlki ilin dekabr ayına nisbətən isə 112% təşkil edib.
2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6%, əvvəlki ilin dekabr ayına nisbətən 115,8% təşkil edib.
2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9%, əvvəlki ilin dekabr ayına nisbətən 110% təşkil edib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı ötən ilin dekabr ayı üzrə illik inflyasiyanı 11,4-11,9%, ortaillik inflyasiyanı isə 6,3-6,6% səviyyəsində olacağını gözləyirdi.