İqtisadiyyat

Azərbaycanda neft emalı və qaz istehsalı artıb

2021-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda təxminən 31,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 16,5 min ton az olub.

Respublika üzrə neft hasilatının 20,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,2 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 25,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 24,5 milyon tona yaxın konsorsiumun, 1,2 milyon tondan çoxu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 334 min ton, yəni 1,3 faiz azdır.

Cari ilin yanvar-noyabr aylarında ölkədə 39,7 milyard kub metr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kub metri AÇG-dən, 20,4 milyard kub metri “Şahdəniz”dən, 7,2 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 17,8 faiz, yəni 6 milyard kub metrə yaxın artımla qaz hasil edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button