İqtisadiyyat

Azərbaycanda nağdsız ödənişlərin həcmi 7 mlrd. manatı keçib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 7,214 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,3% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 455 mln. manatı ATM-lər, 2,771 mlrd. manatı POS-terminallar, 3,988 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Təkcə sentyabrda isə 1,109 mlrd. manatlıq nağdsız ödənişlər həyata keçirilib ki, bu da avqust ayı ilə müqayisədə 23,1% çoxdur. Sentyabrda nağdsız ödənişlərin 67 mln. manatı ATM-lər, 332 mln. manatı POS-terminallar, 710 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, sentyabrda ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi aylıq rekordu yeniləyib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button