İqtisadiyyat

Azərbaycanda nağd rubl alışı bu il 40% azalıb

2021-ci ilin yanvar-iyun aylarında əhali kommersiya banklarından 989,332 mln. nağd Rusiya rublu alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 39,7% azdır.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə iyun ayında əhali 170,743 rubl alıb ki, bu da may ayı ilə müqayisədə 17,1% çoxdur.
Bundan başqa, cari ilin ilk altı ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 7,619 mlrd. rubl təşkil edib ki, bu da illik müqayisədə 22,9% çoxdur. Təkcə iyun ayında bu göstərici 1,671 mlrd. rubla bərabər olub ki, bu da aylıq müqayisədə 22,4% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button