İqtisadiyyat

Azərbaycanda nağd avro alışı iyunda 2 dəfədən çox artıb

2021-ci ilin yanvar-iyun aylarında əhali kommersiya banklarından 82,574 mln. nağd avro alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,9% azdır.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə iyun ayında əhali 18,642 mln. avro alıb ki, bu da may ayı ilə müqayisədə 2,5 dəfə çoxdur.
Bundan başqa, cari ilin ilk altı ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 31,619 mln. avro təşkil edib ki, bu da illik müqayisədə 29,2% azdır. Təkcə iyun ayında bu göstərici 6,225 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 6,8% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button