İqtisadiyyat

Azərbaycanda mobil rabitə operatorlarının lisenziyalarının müddəti uzadılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azercell” MMC, “Bakcell” MMC və “Azerfon” MMC arasında 10 il müddətinə müvafiq lisenziya müqavilələri bağlanıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu müqavilələrə sellülar (mobil) rabitə xidmətləri (2G(GSM), 3G(UMTS) və 4G(LTE) texnoloji standartları) fəaliyyət növü üzrə lisenziyalar daxildir.
Mobil rabitə operatorlarına müvafiq lisenziyaların verilməsi onların öz abunəçilərinə yeni nəsil texnologiyalarından və texnoloji standartlardan istifadə etməklə daha səmərəli, keyfiyyətli və peşəkar xidmət göstərməsinə imkan yaradacaq.
Bununla yanaşı, lisenziya müqavilələrinin bağlanması ölkəmizdə dayanıqlı və təhlükəsiz rəqəmsal infrastrukturun inkişaf etdirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edəcək.
Məlumat üçün bildirək ki, 1996-cı ildən mobil rabitə operatorları fəaliyyətlərini müvafiq lisenziyalar əsasında həyata keçirir. Belə ki, “Azercell” MMC və “Bakcell” MMC 1996-cı ildə, “Azerfon” MMC isə 2007-ci ildə bazara daxil olaraq sellülar (GSM mobil) rabitə xidmətləri üzrə lisenziyaya uyğun olaraq telekommunikasiya xidmətləri göstərmişlər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button