İqtisadiyyat

Azərbaycanda Milli Süni İntellekt Strategiyası hazırlanacaq

Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, nazirlik yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyevin sədrlik etdiyi iclasda İşçi Qrupun fəaliyyət prinsipləri, 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi imkanları, həmçinin Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər, əşyaların interneti, böyük verilənlər (Big Data), onların təhlili və emalı məsələlərinə dair təqdimat keçirilib, müzakirələr aparılıb.

4Sİ texnologiyaları üzrə İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb. Qrupa 22 dövlət qurumunun nümayəndələri daxildir və fəaliyyətinin əlaqələndirilməsi IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə həvalə olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button