İqtisadiyyat

Azərbaycanda Milli Ödəniş Sistemi vasitəsilə bu il 150 mlrd. manatlıq ödənişlər həyata keçirilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 149,293 mlrd. manat, sayı isə 52,05 mln. ədəd təşkil edib
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% azalıb.
Hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə 125,442 mlrd. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 11,4% azdır.
Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə yanvar-sentyabrda 23,851 mlrd. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 19,2% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button