İqtisadiyyat

Azərbaycanda maye karbohidrogenlər hasilatı yaxın 10 ildə stabil qalacaq

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) proqnozuna əsasən, Azərbaycanda uzunmüddətli perspektivdə neft və digər maye karbohidrogenlərin hasilatı azalacaq.
Bu barədə “APA-Economics” OPEC-in “World Oil Outlook” (WOO) illik hesabatına istinadən xəbər verir.
Proqnoza görə, 2020-2030-cu illərdə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı stabil qalacaq və 0,7 mln. barel səviyyəsində qərarlaşacaq. Lakin 2035-ci və 2040-cı illərdə bu göstəricinin 0,6 mln. barelə enəcəyi ehtimal edilir.
Hesabatda həmçinin qeyd olunur ki, 2045-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik hasilat səviyyəsinin 0,5 mln. barel təşkil edəcəyi proqnozlaşdırılır, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 0,3 mln. barel azdır.
OPEC-in sentyabr ayında verdiyi proqnoza görə, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 750 min barel səviyyəsində, 2022-ci ildə isə 820 min barel səviyyəsində olacağı ehtimal edilir. Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button