GündəmManşet

Azərbaycanda koronavirusdan 12 jurnalist həyatını itirib

COVID-19 pandemiyası başlayandan Azərbaycanda 12 jurnalist koronavirusdan həyatını itirib. Jurnalistlərin Həmkarlar İttifaqının apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVİD-19-a yoluxub. Bu  barədə qurumunun sədri Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğanın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir. Dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər.

Ələsgərli qeyd edib ki, TƏBİB ilə Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button