Cəmiyyət

Azərbaycanda koronavirusa 41 yeni yoluxma qeydə alınıb – 4 nəfər vəfat edib

Azərbaycanda koronavirusa 41 yeni yoluxma qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 791 min 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 641 nəfər müalicə olunaraq sağalıb, 9 min 679 nəfər vəfat edib. Aktiv xəstə sayı 375 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 696, bu günə qədər isə ümumilikdə 6 milyon 681 min 983 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 6 min 854 vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 750, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 min 391, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 368 nəfərdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button