Cəmiyyət

Azərbaycanda koronavirusa 2 min 233 yeni yoluxub – 28 nəfər vəfat edib.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 min 233 yeni yoluxma faktı qeydə alınıb, 2 min 401 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 570 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 533 min 175 nəfər müalicə olunaraq sağalıb, 7 min 579 nəfər vəfat edib, aktiv xəstə sayı 29 min 568 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 925, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 418 min 169 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 32 min 573 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 902, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 min 285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 milyon 234 min 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 42 min 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 512 min 674, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 678 min 821 təşkil edir.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button