Gündəm
Azərbaycanda koronavirusa ən çox yoluxma hansı bölgələrdədir?

Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Koronavirusinfo.az saytı bildirir ki, ən çox yoluxma Bakıda qeydə alınıb – 54,2%.
Paytaxt rayonları üzrə isə ən yüksək yoluxma Binəqədi rayonundadır – 14,7%.
Bölgələrə gəlincə, Abşeronda yoluxma 12,9%, Aranda 12%, Gəncə-Qazaxda7,3%, Şəki-Zaqatalada 4,2%, Quba-Xaçmazda 3,1%, Lənkənarda 2,4%, Dağlıq Şirvanda 2,4%, Yuxarı Qarabağda 1,4%, Naxçıvanda isə 0,03% təşkil edir.
Yoluxanların 0,3%-i ölkə xaricindən gələnlərdir.