Cəmiyyət

Azərbaycanda koronavirus infeksiyasına 50 nəfər yoluxub – 3 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9 675 nəfər vəfat edib. 451 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 499, bu günə qədər isə ümumilikdə 6 679 287 test icra olunub.

Ötən gün koronavirus əleyhinə 6 477 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 356 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci doza peyvəndlərin ümumi sayı 5 320 442, ikinci doza vaksinlərin sayı 4 816 763 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 026 385, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 381 olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button