Cəmiyyət

Azərbaycanda koronavirus daha 29 nəfəri öldü – 3 690 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 min 690 yeni yoluxma faktı qeydə alınıb, 6 min 963 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunur ki, son sutkada 29 nəfər COVID-19-dan dünyasını dəyişib.

Son bir gündə koronavirus (COVID-19) əleyhinə 36 min 569 vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 738, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1555, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 30 min 174, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 min 102 nəfərdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button