Cəmiyyət

Azərbaycanda koronavirus daha 26 nəfəri öldürdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 586 min 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 552 min 815 nəfər müalicə olunaraq sağalıb, 7 min 833 nəfər vəfat edib. 25 min 992 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 594, bu günə qədər isə ümumilikdə 5 milyon 526 min 664 test icra olunub.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 297 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 217 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 486 min 947, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 74 min 341, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 559 min 877 nəfər təşkil edir.

Ümumilikdə isə 852 min 729 buster doza vurulub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button