İqtisadiyyat

Azərbaycanda kassa aparatları üzrə dövriyyə kəskin artıb

Dövlət Vergi Xidməti tərəfindən bu günədək ölkə ərazisində 48 169 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb.
Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 11,1 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfədən çoxdur.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button