İqtisadiyyat

Azərbaycanda kənd təsərrüfatı sektoru 5% böyüyüb

Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6,105 mlrd. manat təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% artıb. Kənd təsərrüfatın istehsalın 2,894 mlrd. manatı heyvandarlığın, 3,211 mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Hesabat dövründə heyvandarlıqda istehsal illik müqayisədə 2,6%, bitkiçilikdə isə 7,3% böyüyüb.
Qeyd edək ki, kənd təsərrüfatı bitkilərinin yığımı davam edir və sentyabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin əkin sahələrindən 3 127,2 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 32,1 sentner təşkil edib.
Ölkə üzrə 610,5 min hektar sahədə payızlıq və yazlıq buğda əkilib. Havaların quraq keçməsi səbəbindən sentyabrın 1-i vəziyyətinə 38,2 min hektar sahədə əkilmiş buğda bitkisi məhv olmuş, salamat qalmış 572,3 min hektar sahədən isə 1 885,4 min ton buğda yığılıb. Ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil edib. Bundan əlavə, məhsul toplanmış 11,9 min hektar qarğıdalı sahəsindən 66,6 min ton məhsul götürülüb.
Yığım başlanandan sahələrdən 828,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 9,3% çox kartof, 1 423,8 min ton (6,1% çox) tərəvəz, 446,8 min ton (3,5% çox) bostan məhsulları, 431,7 min ton (8,4% çox) meyvə və giləmeyvə, 71,8 min ton (13% çox) üzüm, 968,8 ton (27,6% çox) yaşıl çay yarpağı, 22 min ton (3,7% az) günəbaxan, 52,4 min ton (2,4 dəfə çox) şəkər çuğunduru və 3,9 min ton (4,7% çox) tütün yığılıb.
Heyvandarlığa gəldikdə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2% artaraq 353,9 min ton, süd istehsalı 1,6% artaraq 1 433,8 min ton, yun istehsalı 0,1% artaraq 15,5 min ton, barama istehsal 10% artaraq 491,3 ton və yumurta istehsalı 4,1% azalaraq 1 269,4 mln. ədəd təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button