İqtisadiyyat

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 5% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 7 342,1 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə istehsalın 3 352,7 mln. manatı heyvandarlıq, 3 989,4 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Heyvandarlıq məhsullarının istehsalı 2,6%, bitkiçilik məhsulları üzrə isə 7,3% artıb.
Qeyd edək ki, bitkiçilikdə 2021-ci il oktyabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 246,8 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% çox dənli və dənli paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,3 min hektar sahədən 1 885,4 min ton buğda yığılıb. Ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil edib.
Heyvandarlığa gəldikdə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2% artaraq 399,6 min ton, süd istehsalı 1,6% artaraq 1 627,3 min ton, yun istehsalı 0,1% artaraq 15,9 min ton, barama istehsal 10% artaraq 491,3 ton, yumurta istehsalı isə 3,8% azalaraq 1 412,2 mln. ədəd olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button