İqtisadiyyat

Azərbaycanda istehlak və biznes kreditləri artıb

Bu ilin iyulun 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi illik müqayisədə 4,9% artaraq 14 856,9 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, portfelin əsas hissəsinin (58,8%) təşkil edən biznes kreditlərin həcmi illik müqayisədə 1,2% artaraq 8 729,4 mln. manat təşkil edib. Ümumi portfelin 26,5%-ni təşkil edən istehlak kreditləri isə illik müqayisədə 7% artaraq 3 939,9 mln. manata çatıb.
İpoteka kreditlərinə gəldikdə, onların ümumi portfeldə payı 14,7% təşkil edib və ötən ilin eyni dövründə bu növ kreditlərin həcmi 17,5% artaraq 2 187,6 mln. manat olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button