İqtisadiyyat

Azərbaycanda internetlə bağlı problemlər və onların həlli yolları müzakirə olunub

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə internet provayderlərlə görüş keçirilib.
Bunu “APA-Economics”ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, görüşdə internetdə olan problemlər, onların həlli yolları və vəziyyətin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
“Dövlət və özəl provayderlərin iştirakı ilə keçirilən görüşdə bu sektorda görülən və görüləcək işlərlə bağlı məlumat təqdim olunub. Nazirliyin internetin problemlərinin həll etməklə bağlı artıq yol xəritəsi mövcuddur. Burada dövlət-özəl tərəfdaşlığı qeyd olunur. Xüsusilə özəl provayderlərə zəruri imkanların yaradılması nəzərdə tutulur. Məsələn, rayon mərkəzlərində, kəndlərdə şəbəkə infrastrukturunun yaradılaraq xidmətin təşkili və s.”, – deyə O. Gündüz qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button