İqtisadiyyat

Azərbaycanda internetlə bağlı problemlərə operativ reaksiya veriləcək

Azərbaycanda internetlə bağlı yaranan problemlərə operativ reaksiya veriləcək, müraciətlərin qəbulu üçün daha effektiv həllər tətbiq olunacaq.
Bunu “APA-Economics”ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, qeyd olunan məsələ ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın internet provayderlərlə təşkil olunan görüşdə müzakirə olunub.
“Mən iki məqama toxundum – internetin əlçatanlığı və keyfiyyəti. Nazirliyin bu məsələlərə dair verdiyi açıqlamalardan belə başa düşmək olar ki, artıq bu sahədə xeyli pozitiv işlər gözlənilir. Şikayətlərin qəbulu ilə bağlı məsələlərə daha çox diqqət yetiriləcək. Nazirlik mövcud problemləri yaxın iki il ərzində həll etmək niyyətindədir. Bunun üçün müraciətlərin qəbulunda daha effektiv həllər tətbiq olunacaq. Düşünürəm ki, burada internetin vəziyyətinin daha da yaxşılaşacağını gözləmək olar”, – deyə O. Gündüz qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button