İqtisadiyyat

Azərbaycanda III rübdə neft emalı kəskin artıb

Bu ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 mln. ton neft emal olunub ki, bu da ötən ilin müvafiq aylarında olduğundan 46,5% çoxdur.
“APA-Economic”in SOCAR-ın rüblük hesabatına istinadən verdiyi məlumata görə, bu kəskin artım ötən il Heydər Əliyev adına NEZ-də aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur. Bu ilin III rübündə isə zavod dövri təmirə dayanmayıb.
Hesabata əsasən, rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 mln. kubmetr qaz emal edilib.
“III rübdə şirkətin ixrac etdiyi neft-qaz emalı və neft-kimya məhsullarının da həcmi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. SOCAR Azərbaycandan təqribən 1,1 mln. ton həcmində, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 88% çox neft emalı və neft-kimya məhsulları ixrac edib”, – hesabatda qeyd olunur.
Qeyd olunub ki, bu artımda yuxarıda göstərilən səbəbdən NEZ-də istehsalın yüksəlməsi mühüm rol oynayıb. Bununla yanaşı, yüksək təzyiqli polietilen, mütləqləşdirilmiş izopropil spirti və karbamid kimi kimya məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button