İqtisadiyyat

Azərbaycanda ictimai iaşə dövriyyəsi 15%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,4% artaraq 547,9 mln. manat olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7%-i hüquqi şəxslərin, 49,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 27,3% artaraq 275,2 mln. manat olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button