İqtisadiyyat

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar kəskin artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 687,2 min və ya illik müqayisədə 39,9% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşımaların 99,3%-i dövlət, 0,7%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata görə, hesabat dövründə sözügedən nəqliyyat növü ilə yükdaşıma 15,1% artaraq 318,9 min ton təşkil edib.
Qeyd edək ki, hava nəqliyyatı ilə sərnişin və yük daşımalarının artımı pandemiya səbəbindən bağlanan aviareyslərin qismən bərpa olunması ilə əlaqədardır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button