Siyasət

“AZƏRBAYCANDA GÜLƏNƏ İŞLƏYƏN KİV-lər VAR” – Türkiyə parlamentinin spikeri

Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan hakimiyyətinin Fətullah Gülənin terrorçu hərəkatı ilə mübarizəsini yüksək qiymətləndirib. Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla belə, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə o, Gülən hərəkatı ilə bağlı olan bir sıra KİV-lərin fəaliyyətlərini davam etdirməsindən təəssüfləndiyini bildirib.

“Gülən hərəkatı ilə mübarizədə əməkdaşlıq iki qardaş ölkənin tərəfdaşlıq ruhuna cavab verir”, – Şentop deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin xarici siyasətində önəmli yer tutur və Ankara regional və beynəlxalq səviyyədə Bakının maraqlarının müdafiəsinə can atır. Spiker həmçinin Azərbaycanla Şimali Kipr Türk Respublikasının (ŞKTR – KKTC) dialoqunun əhəmiyyətini qeyd edib.

“ŞKTR parlamentinin nümayəndə heyətinin Bakıya səfəri faydalı oldu. Azərbaycanın dəstəyi kiprli türklərin mənəvi durumu və Kiprdə münaqişənin ədalətli tənzimlənməsi baxımından vacibdir”, – Şentop vurğulayıb.

Öz növbəsində, Milli Məclisin spikeri türkiyəli həmkarını yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb. Əsədov xatırladıb ki, bu günə qədər Bakı ilə Ankara arasında 230 müxtəlif saziş imzalanıb və 30 saziş də imzalanmağa hazırlanır.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button