Redaktorun seçimi

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 5,2 milyonu ötüb

Bu ilin noyabr ayında Azərbaycanda “Facebook” sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 3% artıb.

APA-Economics”in əldə etdiyi məlumata görə, dekabrın 1-i tarixinə ölkə üzrə 5 230 100 nəfər aktiv “Facebook” istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 50,9%-ni təşkil edir.

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə “Facebook” istifadəçilərinin sayı 40,5% və ya 1 509 100 nəfər artıb. İstifadəçilərin 64,7%-i kişilər, 35,3%-i isə qadınlardır.

Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 973 700 nəfər) ibarət olub.

Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 626 300 nəfərlə liderlik edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button