İqtisadiyyat

Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı azalıb

Bu ilin sentyabr ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı avqust ayı ilə müqayisədə 16,1 faiz bəndi azalıb.
“APA-Economics”in “Global Stats” statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, oktyabrın 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 56,2% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 19 faiz bəndi çoxdur. Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutub.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Pinterest” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı sentyabr ayı ərzində 7 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin oktyabr ayının 1-nə 15,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 12 faiz bəndi azdır.
Bu ilin sentyabr ayı ərzində ölkə üzrə “YouTube” şəbəkəsinin istifadəçilərinin fəallığı 2,6 faiz bəndi artıb. Oktyabrın 1-nə olan məlumata görə, “YouTube” Azərbaycanın sosial media bazarında 11,1% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz bəndi azdır.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Instagram” – 6,1%, “Tumblr” – 3,63%, “VKontakte” – 3,23%, “Twitter” – 3,22% və s.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button