İqtisadiyyat

Azərbaycanda elektrik enerjisi istehsalı apreldə 1 % artıb

Bu ilin aprel ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 046 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Energetika Nazirliyinin məlumata görə, ötən ay ölkəyə elektrik enerjisinin idxalı 10 milyon kVt/saat olmaqla 1 il əvvələ nisbətən 5,1 milyon kVt/saat , elektrik enerjisinin ixracı isə 11 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 36 milyon kVt/saat az olub.

2022-ci ilin yanvar-aprel aylarında isə respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % artaraq 9 milyard 240,1 milyon kVt/saat olub.

Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 232,6 milyon kVt/saat artaraq 8 milyard 621,3 milyon kVt/saat , SES-lərdə 52,2 milyon kVt/saat artaraq 492,6 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 7,4 milyon kVt/saat artaraq 126,2 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 32,2 milyon kVt/saat , günəş elektrik stansiyalarında 18 milyon kVt/saat , Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 76 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 milyard 350,5 milyon kVt/saat (İES-lərdə 7 milyard 887,5 milyon kVt/saat , SES-lərdə 463 milyon kVt/saat ), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 116,26 milyon kVt/saat (İES-lərdə 73,9 milyon kVt/saat , SES-lərdə 25,7 milyon kVt/saat , GES-də 16,64 milyon kVt/saat ), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,1 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 753,2 milyon kVt/saat təşkil edib.

2022-ci ilin yanvar-aprel ayları üzrə elektrik enerjisinin ixracı 518,6 milyon kVt/saat olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35,4 milyon kVt/saat azalıb. Bu dövrdə elektrik enerjisinin idxalı isə 40,7 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,6 milyon kVt/saat artıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button