İqtisadiyyat

Azərbaycanda ekoloji təmiz avtomobillər idxal rüsumundan azad oluna bilər

Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib. Bunu “Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Komitənin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev deyib.

“Hazırda həmin avtomobilləri Azərbaycana gətirənlər yalnız əlavə dəyər vergisi (ƏDV) ödəmir. Hökumətə təklif etmişik ki, idxal rüsumunun dərəcəsi də 0% olsun”, – deyə o, qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button