İqtisadiyyat

Azərbaycanda dollar depozitlərinin azalması davam edir

Bu ilin iyulun 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24,157 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 7,1% çoxdur.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, aylıq müqayisədə bu göstərici 3,3% azalıb, ilin əvvəlindən isə 2,1% artıb.
Qeyd edək ki, yerləşdirilmiş depozitlərin 51,7%-i xarici valyutada olub (aylıq 0,8 faiz bəndi azalma) və dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2015-ci ilin yanvarında olub (51,6%).
Xatırladaq ki, iyunun 1-nə Azərbaycandakı depozitlərin həcmi tarixi maksimuma çataraq 24,991 mlrd. manat təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button