Cəmiyyət

Azərbaycanda doğuş zamanı ana ölüb

Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.
Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button