Azərbaycanda dizel istehsalı 6% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 198,8 mln. manat olub ki, bu da illik müqayisədə 1,4% azadır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü neft məhsullarından sürtkü yağlarının istehsalı 91,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 35% , neft koksunun istehsalı 13,8%, dizel yanacağının istehsalı 6% artıb.
Məlumata görə, hesabat dövründə ölkədə neft bitumunun istehsalı 14,8%, avtomobil benzininin istehsalı 10%, ağ neftin istehsalı 20,3%, yanacaq mazutunun istehsalı isə 27,1% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri
Yanvar-aprel, 2021-ci il
İllik müqayisə, %
Avtomobil benzini, min ton
365,5
90
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton
137,2
135
Ağ neft, min ton
148,7
79,7
Dizel yanacağı, min ton
776,8
106
Yanacaq mazutu, min ton
21,3
72,9
Sürtkü yağları, min ton
17,6
191,3
Neft bitumu, min ton
67,6
85,2
Neft koksu, min ton
87,5
113,8