Cəmiyyət

Azərbaycanda daha 1783 nəfər koronavirusa yoluxub, 32 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3 680 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button