Cəmiyyət

Azərbaycanda daha 1 356 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 356 yeni yoluxma faktı qeydə alınıb, 2 651 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 476 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 441 731 nəfər müalicə olunaraq sağalıb, 6 370 nəfər vəfat edib, aktiv xəstə sayı 28 308 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 546, ötən müddət ərzində isə ümumilikdə 4 778 393 test aparılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button