Cəmiyyət

Azərbaycanda çaylardan götürülən suyun miqdarı açıqlanıb

BMT-nin Baş Assambleyasının qərarına əsasən hər il martın 22-si Ümumdünya Su Günü kimi qeyd olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev “Report”a bildirib ki, dünya miqyasında bu günün keçirilməsində məqsəd su ekosistemlərinin mühafizəsinə diqqəti artırmaq, suya qənaəti təşviq etməklə hər kəsi lazımi miqdarda təmiz su ilə təmin etmək və su ehtiyatlarının səmərəli idarə olunmasıdır.

“Planetimizin hər nöqtəsində olduğu kimi Azərbaycanda da su ehtiyatlarının səmərəli idarə olunması çox vacib və aktual məsələdir, çünki ölkənin iqtisadiyyatında bu, böyük rol oynayır.

Əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan ildə 12 km3-dən çox su istifadə üçün götürülür. Götürülən suyun üçdə ikisi kənd təsərrüfatı məhsullarının suvarılmasında istifadə olunur”, – o vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button