İqtisadiyyat

Azərbaycanda cəmi depozit bazasının həcmi ilin əvvəlindən 5% artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24,792 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 9,1% çoxdur.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, aylıq müqayisədə depozitlərin həcmi 0,5% azalıb, ilin əvvəlində isə 4,8% artıb.
Yerləşdirilmiş depozitlərin 51,1%-i xarici valyutada olub, dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2014-cü ilin dekabrında olub (49,9%).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button