İqtisadiyyat

Azərbaycanda bu il özəl sektora 48 mln. manatdan çox güzəştli kredit verilib

Azərbaycanda özəl sektora dövlət dəstəyi çərçivəsində 2021-ci ilin yanvar-avqust ayları ərzində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 mln. manat güzəştli kredit verilib.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
“Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq”, – nazir əlavə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button