İqtisadiyyat

Azərbaycanda bu il inflyasiya hədəf diapazonu çərçivəsində qalacaq

Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanda ortaillik inflyasiyanın 4,5% səviyyəsində olacağını proqnozlaşdırır. Bu proqnoz Azərbaycan Mərkəzi Bankının (AMB) 4±2% hədəf çərçivəsində yerləşir.
“APA-Economics”in bankın sentyabr proqnozlarına istinadən verdiyi məlumata görə, builki inflyasiya üzrə proqnoz mart gözləntiləri ilə müqayisədə 1 faiz bəndi çoxdur. 2022-ci ildə isə AİB Azərbaycanda ortaillik inflyasiyanın 3% olacağını proqnozlaşdırır ki, bu proqnoz mart gözləntiləri ilə müqayisədə dəyişməz qalıb.
Qeyd edək ki, AMB faiz dəhlizinin parametrlərinə dair sonuncu sənəddə ölkədə inflyasiyanın 2021-ci ildə 4±2% diapazonunda formalaşacağını bildirmişdi.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button