İqtisadiyyat

Azərbaycanda bəzi stimullaşdırıcı tədbirlərin dayandırılması maliyyə vəziyyətinə təsirləri azaldacaq

Azərbaycan iqtisadiyyatı tədricən bərpa olunduqca, keçən il tətbiq olunan bəzi stimullaşdırıcı tədbirlərin yenidən işlənməsi və dayandırılması xoş qarşılanacaq.
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur “APA-Economics”in sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu, iqtisadiyyatın sabitləşməsinə və maliyyə vəziyyətinə təsirlərin azalmasına kömək edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 1950 nömrəli Sərəncamı 19 mart 2020-ci ildə qüvvəyə minib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button